6 C
Baku
Sunday, December 15, 2024

BOKT-lər ilk rübü 33 milyon manat xalis mənfəətlə bağlayıblar

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) cari ilin birinci rübündə 32.9 milyon manat xalis mənfəət əldə ediblər.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. AMB bu statistikada “Aqrarkredit” BOKT QSC-ni nəzərə almır.

Bu da illik müqayisədə xalis mənfəətin 21.3 mln. manat və ya 183% artımı deməkdir. 2023-cü ilin ilk rübü üzrə xalis mənfəət 11.6 milyon manat xalis mənfəət əldə edilmişdi.

BOKT-lər hesabat dövründə 61.9 milyon manat faiz gəliri ilə öncəki ilin eyni müddətindəki nəticələri 29.7 milyon manat və ya 92% üstələyir.

Faiz xərcləri 33% artaraq 8.2 mln. manat, qeyri-faiz gəlirləri 197% artaraq 16.9 milyon manat və qeyri-faiz xərcləri isə 65% artaraq 28.7 milyon manat olub.

BOKT-lər yüksək gəlirlilik şəraitindən yararlanmaqla əməliyyat mənfəətlərini 41.9 milyon manata qaldırıblar ki, bu da illik müqayisədə 27.6 milyon manat və ya 193% yüksəlişdir.

2424234324

Son xəbərlər
Digər xəbərlər