7 C
Baku
Thursday, December 12, 2024

BOKT-lərin aktivləri ₼682 milyona yüksəlib

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 2023-cü ilin ilk üç rübü ərzində aktivlərini 515.7 milyon manatdan 682.2 manata yüksəldib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla da BOKT-lərin aktivləri 166.5 milyon manat və ya 32% artıb.

Aktivlərin 509.7 milyon manatı müştərilərə verilmiş kreditlər təşkil edib və bu da ilin əvvəlindən 27% artımdır.

BOKT-lər cari ildə öhdəliklərini 82.7 milyon manat və ya 27% artaraq 388.4 milyon manata yüksəlib.

Öhdəliklərin 163.5 milyon manatı cəlb edilmiş borc vəsaitləridir. Bu, ilin əvvəlindən 47% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər