25 C
Baku
Monday, April 29, 2024

Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik xətti layihəsinə qoşulmaq istəyir

Bolqarıstanın Qara dənizin dibi ilə çəkiləcək elektrik xətti layihəsinə qoşulmaq niyyəti var.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşən Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov deyib.

O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Layihə Cənubi Qafqazdakı iki ölkədən enerjini Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsini nəzərdə tutur.

Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə birləşdirən Qara dənizin dibi boyunca sualtı kabelin uzunluğu 1195 kilometrdir. Sualtı kabel xəttinin elektrik enerjisi ilə yanaşı, yüksək sürətli rəqəmsal rabitənin qurulmasına kömək edəcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər