19 C
Baku
Sunday, May 19, 2024

Borcların Bərpası şöbəsinin Mütəxəssisi, Baş mütəxəssis (Rabitabank)

İŞÇININ VƏZIFƏSI:

– Kredit ödənişlərində olan gecikmə  səbəblərinin araşdırılması

– Gecikmələrin azaldılması üçün müvafiq tədbirlər planın ın hazırlanması və onun icrası

– Kredit ödənişlərini gecikdirən müştərilərlə daxili prosedurlara və qanunvericiliyə uyğun aktiv işləməsi (mümkün əlaqə vasitələrindən istifadə etməklə borclu/müştəri, həmçinin zaminlə əlaqə saxlamaq, ehtiyac yarandığı halda  müvafiq ünvalarına getməklə şəxsən görüşmək)

– Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi

– Borclunun ödəmə qabiliyyətinin təhlil edilməsi və borclu ilə birlikdə həll yollarının tapılması

– Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması.

– Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət edilməsi

– Borcların bərpasına dair hesabatların hazırlanması

TƏLƏBLƏR:

– Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, m üxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı)

– İş stajı : kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş stajının olması

– Yaş həddi: minimum 25

– Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

– Təhsil : Hüquq təhsili olanlara üstünlük verilir

– Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com

Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərindən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər