-3 C
Baku
Sunday, December 15, 2024

Borel: “ABŞ-ın Ukraynaya yardımı azala bilər”

“ABŞ-ın Ukraynaya yardımı azala bilər”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, bu səbəbdən Aİ ölkələri ölkələri gələcəkdə də Kiyevi dəstəkləməyə davam etməlidir: “Hazırda Avropa bir çox problem və çağırışlarla üzləşir, onların arasında Ukraynaya dəstək birinci yerdədir. Biz ABŞ-ın Ukraynaya dəstəyinin azalması ssenarisinə hazır olmalıyıq”.

Son xəbərlər
Digər xəbərlər