13 C
Baku
Saturday, May 18, 2024

Borel Ukraynaya yardım fonunda Avropanın hərbi ehtiyatlarının tükəndiyini açıqlayıb

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel İttifaqın Ukraynaya silah verməklə öz hərbi ehtiyatlarını tükəndirdiyini bildirib.

Bu barədə diplomat öz bloqunda yazıb.

“Bu müharibə həm də hərbi imkanlarımızla bağlı hamımız üçün həyəcan siqnalı oldu. Biz Ukraynaya silah verdik, lakin bununla da hərbi ehtiyatlarımızın tükəndiyini anladıq”.

Bundan əlavə, Borel qeyd edib ki, Ukraynadakı münaqişə fonunda Aİ icmanın “Avropa qitəsinin özündə özünü daha yüksək səviyyəli təhlükələrdən qorumaq üçün kritik müdafiə imkanlarına malik olmadığını” anlayıb. Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Aİ ölkələrinin müdafiə xərclərini artırması “xüsusilə də əməkdaşlıqdan söhbət gedəndə kifayət deyil”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər