9 C
Baku
Thursday, December 12, 2024

Boris Conson Kiyevin fəxri vətəndaşı oldu

Kiyev Şəhər Şurası Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona Kiyevin fəxri vətəndaşı adını verib.

Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram”da məlumat verib.

“Kiyev Radası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi haqqında qərarı təsdiqləyib. Boris Ukrayna paytaxtına bir neçə dəfə səfər edib – həm sülh dövründə, həm də rus işğalına qarşı mübarizəmizin ən dramatik vaxtında. Conson bunu etdi və əminəm ki, Böyük Britaniya və dünya liderləri Ukraynaya lazımi yardımı göstərməsi üçün mümkün olan hər şeyi edəcək. Dəstəyinizə görə təşəkkür edirik! Bu şərəfli mükafatı təqdim etmək üçün yenidən Kiyevdə gözləyirik!”, –  Kliçko yazıb.

Son xəbərlər
Digər xəbərlər