-1 C
Baku
Sunday, December 15, 2024

Boris Consonun müşaviri istefa verib

Britaniyanın Baş naziri Boris Consonun müşaviri Aleqra Straton “Downing Street” qalmaqalına görə istefa verib.

BBC-in verdiyi xəbərə görə, yerli mətbuat Britaniyada koronavirusla bağlı məhdudiyyətlərin ən sərt olduğu günlərdə, daha dəqiq keçən il dekabrın 18-də Baş nazirin ofisi olan “Downing Street”də Milad şənliyinin keçirildiyini yazıb.

Blinken Lavrov və Kuleba ilə görüşəcək
Putin Almaniyanın yeni kansleri ilə konstruktiv əlaqələr qurmaq istəyir
Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəməlidir
Britaniyanın İTV kanalının əldə etdiyi görüntülərdə isə şənlikdən bir həftə sonra Aleqra Straton bu şənliklə bağlı öz həmkarlarının verdiyi suallara zarafatla cavab verərək, bunun pendir və şərabdan ibarət, sosial məsafənin saxlanmadığı işgüzar bir görüşmə olduğunu bildirib.

Yayılan video çoxsaylı tənqidlərə səbəb olduqdan sonra baş nazirin müşaviri istefa verib, işlətdiyi sözlərə görə üzr istəyib.

Qeyd edək ki, Baş ofisin mətbuat xidməti ötən il belə bir yığıncağın keçirilmədiyini qeyd edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər