“Avropa ölkələri Ukraynanı dəstəkləmələrinin ziyanını çəkməyə hazır olmalıdır”.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.
Onun sözlərinə görə, bu, Aİ-nin bütövlüyünü qorumaq və Ukraynanı dəstəkləməyi davam etdirmək üçün zəruridir.
“Ukrayna böhranı Avropaya da toxunur, lakin buna tab gətirmək lazımdır, çünki bütün müharibələr əvvəl-axır danışıqlarla bitir.
Biz Ukraynaya hərbi yardım edirik, lakin bu o demək deyil ki, biz danışıqlar üçün əlimizdən gələn hər şeyi etmirik. Avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar”, – o vurğulayıb.
J.Borrel vurğulayıb ki, Avropanın cənubunda yerləşən ölkələr enerji məsələsində şimal ölkələri ilə həmrəylik nümayiş etdirməlidir.