25 C
Baku
Friday, April 19, 2024

Borrell Rusiyanın G20-dən çıxarılmasının əleyhinə çıxış edib

“Rusiyanın G20-dən çıxarılması çoxtərəflilik prinsipinə zidd olardı”, – deyə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell “Raisina Dialogue” beynəlxalq politologiya konfransında bildirib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Siyasətçi həmçinin “Böyük iyirmiliyin iclaslarında başqalarını dinləmək və həqiqəti söyləmək” zərurətini xatırladıb. “Bizim düşündüyümüz hər şeyi deyə bilməyimiz və qarşı tərəfdən cavab ala bilməyimiz vacibdir. Biz isə bu imkanı qorumalıyıq”, – Avropa diplomatiyasının rəhbəri bildirib.

2014-cü ildə Krımın ilhaqından sonra Rusiya hazırda Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ın daxil olduğu G8-dən çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər