8 C
Baku
Friday, December 13, 2024

Böyük Britaniya “Brexit”ə görə 74 mlrd. dollara yaxın vəsait itirib

Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmasını (“Brexit”) reallaşdırmaq istəyi səbəbindən ölkə iqtisadiyyatı 2,5-3% azalıb və 60 mlrd. funt sterlinq (73,8 mlrd. ABŞ dolları) itirib.

Bu barədə Maliyyə Tədqiqatları İnstitutunun (IFS) hazırladığı hesabatda deyilir.

Tədqiqat proqnozlarına görə, Britaniya hökumətinin Brüssellə əməkdaşlıq müqaviləsi olmadan “Brexit”in həyata keçirilməsi planları ölkənin milli borcunu iki dəfə artıraraq 100 mlrd. funt sterlinqə (123 mlrd. dollar) çatdıra bilər. Bu isə son 50 il ərzində ən yüksək göstərici ola bilər.

 

Məruzə müəlliflərindən biri, “Citi”nin baş iqtisadçısı Kristian Şults bildirib ki, “Brexit”l səbəbindən Britaniya biznesinə qoyulan investisiyaların həcmi 20% azalıb. O həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avripa İttifaqında qalması iqtisadi artım üçün ən yaxşı ssenari ola bilər.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər