Böyük Britaniyada inflyasiya avqust ayında bir qədər azalaraq, iyuldakı 10.1%-dən illik 9.9%-ə düşüb.
Bu barədə B.Britaniyanın Milli Statistika Bürosu məlumat dərc edib.
Bununla da ev təsərrüfatları üzərindəki təzyiqi bir qədər azaldıb – lakin son 40 ilin ən yüksək göstəricisinə yaxın qalmaqda davam edir.
Benzinin və dizelin qiymətinin düşməsi, ərzaq və geyimin bahalaşması səbəbindən inflyasiya azalıb. Milli Statistika İdarəsinin məlumatına görə, qiymətlər avqust ayında iyuldan 0.5% artım göstərib.