9 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyanın ən böyük enerji şirkətlərindən biri müflis olub

Böyük Britaniyanın ən böyük enerji tədarükçülərindən biri olan “Bulb” təbii qazın bahalaşması fonunda müflis olub. Qeyd edək ki, daha əvvəl ölkə mediası hökumətin 1.7 milyon insana xidmət göstərən “Bulb”ın iflası ilə bağlı fövqəladə vəziyyət planı hazırladığını bildirib.

Banker.az xəbər verir ki, enerji sektorundakı mənbələrə görə, hazırda şirkəti ala biləcək bir neçə potensial müştəri ilə danışıqlar aparılır.

“Biz “Bulb”ın xüsusi idarəetməyə keçməsini dəstəkləmək üçün bu qərarı verdik. Proses şirkətin müştərilərini qorumaq, daşınmada heç bir dəyişikliyin olmamasını təmin etmək və hesab balansını saxlamaq üçün nəzərdə tutulub. Biz maliyyələşdirmə variantlarını nəzərdən keçirməyə başladıq və müxtəlif investorlardan təkliflər aldıq, lakin Böyük Britaniyada, eləcə də dünyada topdansatış qiymətlərin çox yüksək olması investorlar arasında narahatlıq yaradıb”, – açıqlamada deyilir.

Xüsusi idarəetmə şirkətin normal işləməsinə imkan verəcək və müştərilərin heç bir tədbir görməsinə ehtiyac qalmayacaq.

“Bulb” iflasın səbəbi kimi rekord qaz qiymətləri və yüksək dəyişkənliyi göstərib. Qeyd olunur ki, tədarük çatışmazlığı, Rusiyadan qaz ixracının aşağı olması və artan tələbat qiymətlərin yüksək qalması deməkdir. Şirkət həmçinin qazın bahalaşmasının səbəblərindən biri kimi “Şimal axını 2” qaz kəməri ilə bağlı geosiyasi mübahisələri göstərir.

Xatırladaq ki, ilin əvvəlindən Böyük Britaniyada qazın bahalaşması fonunda 25 enerji şirkəti müflis olub.

Son xəbərlər
Digər xəbərlər