Böyük Britaniyanın baş naziri Rişi Sunak aprelin 11-də Belfastda ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Bu barədə baş nazirin mətbuat xidməti bildirib.
Məlumata əsasən, C.Baydenin səfəri Şimali İrlandiyada illərlə davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə həsr olunur.
Baş nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şimali İrlandiyada həyat səviyyəsinin yaxşılaşdırılması üçün çalışmaq və regionun iqtisadi artımına töhfə vermək niyyətindədir.