23 C
Baku
Saturday, April 20, 2024

Böyük investorlardan biri 500 mln. dollarlıq bitkoin satıb

İnstitusional investorlardan biri dekabrın 4-ü səhər saatlarında bitkoindəki mövqeyini 500 milyon dollar azaldıb.

Banker.az xəbər verir ki, bu barədə “The Block” məlumat verib.

Bildirildiyi kimi, bu, törəmə alətlər bazarında 1.3 milyard dollarlıq kütləvi ləğvlərə səbəb olub və sentyabrın sonundan bəri ilk dəfə bitkoinin 42 min dollara enməsinə gətirib çıxarıb. Nəticədə törəmə alətləri almaq üçün açıq mövqelərin ümumi sayı bir saatdan az müddətdə 21.6 milyard dollardan 16.7 milyard dollara düşüb.

Kütləvi ləğvetmə və bitkoinin 42 min dollara düşməsinə baxmayaraq, böyük alıcılar rəqəmsal aktivlər bazarında gəlməyə davam edir, bu barədə “FalconX” kriptovalyuta birjasının icraçı direktoru Aya Kantoroviç bildirib.

Xatırladaq ki, dekabrın 4-ü bitkoinin qiyməti 42 min dollara (20%-dən çox azalma) düşüb. Dünyanın ən populyar kriptovalyutasının çökməsi fonunda rəqəmsal aktivlər bazarının ümumi kapitallaşması 2.3 trilyon dollara enib. Dekabrın 6-sı bitkoinin qiyməti 48 min dollar təşkil edib. Ay ərzində aktiv 21% ucuzlaşıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər