16 C
Baku
Thursday, April 18, 2024

“Böyük istefa”ya qarşı addım: “Goldman Sachs”dan işçilərinə limitsiz məzuniyyət icazəsi

Nəhəng Wall Street bankı Goldman Sachs yüksək vəzifəli işçilərinə “istirahət və enerji toplamaq” üçün lazım olan qədər vaxt ayırmağa imkan verəcək yeni siyasət tətbiq edib. Bank keçən ay işçilərinə göndərdiyi qeyddə partnyorların və baş menecerlərin istirahət etmək üçün icazə almaqda sərbəst olacaqlarını bildirib. Banker.az Financial Times-a istinadən xəbər verir ki, sözügedən dəyişiklik mayın 1-dən qüvvəyə minən yeni məzuniyyət planının bir hissəsidir.

Pandemiya zamanı 100 saatlıq iş həftəsinin yorucu olduğunu və yaxşı istirahətə ehtiyacı olduğunu deyən gənc bankirlər isə müəyyən sayda ödənişli istirahət gününə sadiq qalmalı olacaqlar və hər il ən azı iki əlavə istirahət günü alacaqlar.

Ən son planlara əsasən, Goldman biznesin bütün səviyyələrində çalışan işçilərin 2023-cü ildən etibarən hər il ən azı üç həftə icazə almasını təmin edəcək. Bu icazələrdən ən azı biri ardıcıl istirahət günlərini ehtiva edən həftədən ibarət olacaq. Bu addım Goldman Sachs-ın müqaviləli bank işçiləri üçün xərclədiyi məbləği 66% azaltmasından sonra atılıb. Xatırladaq ki, müqavilə bankçılığı sahəsində zəif performansdan sonra nəhəng Wall Street bankı bu yaxınlarda bonuslara xərcləri azaldacağına işarə etmişdi.

Bu ayın əvvəlində açıqlama verən Goldman Sachs-ın baş icraçı direktoru David Solomon pandemiyadan sonrakı iş modelinə toxundu və qeyd etdi ki, bütün işçilərin ofisə qayıtması illər çəkə bilər, çünki bankın ABŞ ofislərində işini ofisdən icra edən işçilərin faizi 50% – 60% arasında qalır. ABŞ investisiya bankının rəhbəri CNBC-yə verdiyi müsahibədə işçiləri ofisdən işləməyə cəlb etmək kampaniyasının hələ də davam etdiyini bildirib. O qeyd edib ki, Avropa ofislərində işçilərin ofisə qayıtmaları ABŞ-dan daha yüksəkdir. Goldmanın Asiyadakı ofislərində isə bütün işçilər ofisdən işləyir, distant çalışan əməkdaş yoxdur.

Mayın 2-də CNBC-yə müsahibə verən Solomon, “Biz ümumiyyətlə insanların bir araya gəlməsini istəyirik. Bilirsiniz ki, bu, vaxt aparacaq. Davranış dəyişiklikləri çox vaxt aparır”.

Qeyd edək ki, qlobal maliyyə qurumlarında Y nəsli kadrları üçün davam edən istedad savaşları uzun müddətdir ki, bankların gündəmini zəbt edir. Keçən il Goldman Sachs-ın gənc analitiklərinin uzun iş saatları və peşəkar deformasiya ilə bağlı şikayətlərini sosial mediaya sızdırmasından sonra bütün dünyada “Böyük istefa” dalğası kimi tanınan hərəkat başlamışdı. Məqsədi işçilərin istefalarını dayandırmaq olan maliyyə institutları istedadlı kadrları saxlamaq və işçi heyətini artırmaq üçün daha yüksək maaşlar və yeni imtiyazlar təklifində rəqabətə davam edir.

Banker.az The Sunday Telegraph-a istinadən xəbər verir ki, Goldman Sachs mövzu ilə bağlı 22 aprel tarixində işçilərin rifahını yüksəltmək tədbirlər görməkdə davam edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər