14 C
Baku
Sunday, May 5, 2024

BP 3 ayda $8 milyarddan çox xalis mənfəət əldə edib

Neft və qaz nəhəngi BP yüksək əmtəə qiymətləri və güclü qaz bazarı ilə dəstəklənən üçüncü rübdə proqnozdan daha artıq mənfəət açıqlayıb.

Banker.az xəbər verir ki, Britaniyanın enerji nəhəngi sentyabrın sonuna qədər olan üç ay ərzində $8.2 milyard xalis mənfəət əldə edib. Proqnozlar isə $6.1 milyard mənfəət əldə edəcəyi yönündə idi.

Bu rəqəm, xalis mənfəətin $3.3 milyard olduğu əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artımı göstərir.

BP, həmçinin, $2.5 milyardlıq daha bir səhm satın aldığını elan edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər