14 C
Baku
Thursday, March 28, 2024

BP BTC kəmərinə zərər dəymədiyini açıqlayıb

Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə ixrac əməliyyatları davam etdirilir.

Bunu “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

“Kəmərə heç bir zərər dəyməyib. Onun vasitəsilə ixrac əməliyyatları davam edir və neft Ceyhan terminalında olan çənlərə toplanılır”, – Tamam Bayatlı qeyd edib.

Onun sözlərinə görə, Ceyhan terminalının tankerlərə neft yüklənilən hissəsində neft sızması aşkarlanması səbəbindən neftin gəmilərə doldurulması müvəqqəti olaraq dayandırılıb.

Tamam Bayatlı onu da əlavə edib ki, sızma artıq aradan qaldırılıb və müvafiq araşdırma və qiymətləndirmə işləri aparılır. Bu işlər bitəndən sonra terminaldan gəmilərin yola salınması bərpa ediləcək. Şöbə müdiri bu prosesin nə zaman bərpa olunacağı vaxtı açıqlamayıb.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər