BP şirkəti neft qiymətlərinin düşməsi səbəbi ilə orta dərəcəli menecerləri ixtisar etmək və bəzi layihələri dondurmaq niyyətindədir. Bu haqda məlumatı şirkətin maliyyə direktoru The Sunday Times-ə bildirmişdir.
Şirkət nümayəndəsinin sözlərinə görə, bu addımlar şirkətin uzun müddətli planlarına siraət etməyəcək, lakin bəzi layihələr ya təxirə salına, ya da ləğv edilə bilər.
Yaydan başlayaraq neft qiymətlərinin 40%-ə qədər enməsi şirkətə daha effektiv tədbirlər görməyə vadar edib. Şirkət artıq öz aktivlərinin bir hissəsini satıb və 2016-cı ilə qədər 10 milyard dollar dəyərində növbəti aktivlərini satmağı planlaşdırır.