“Bravo” rəqabət apardığı əsas mağaza şəbəklərinin siyahısını açıqlayıb.
Sənəddə bildirilir ki, Cəmiyyətin rəqabət apardığı bazar üzrə əsas rəqabət yerli mağaza şəbəkələri və o cümlədən xırda və orda ölçülü ticarət obyektləri ilə aparılır. Xüsusi ilə pandemiyadan sonrakı dövrdə onlayn inventar və çatdırılma ilə məşğul olan e-ticarət portallarının da şirkətin rəqibləri arasında daxil olması istisna olunmur. Emitentin Azərbaycan Respublikası ərazisində rəqabət apardığı əsas mağaza şəbəklərinin siyahısına “Arazmarket”, “OBA”, “Bizim Market”, “Rahat Market”, “Neptun”, “Bazar Store”, “AL Market” və digər şəbəkələri aid etmək olar. Emitentin satış strategiyasında məhsulların həm yerində, həm də onlayn çatdırılması nəzərədə tutumuş, məhsulların keyfiyyəti yüksək səviyyədə saxlanmaqla qiymət rəqabətliliyinə ciddət diqqət ayrılmışdır.