12 C
Baku
Wednesday, December 11, 2024

Braziliya dünyanın ən böyük karbohidrogen istehsalçılarından birinə çevrilə bilər

Braziliyada neft hasilatı bu ilin fevral ayında gündə 148.63 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz artım deməkdir.

Bu barədə ölkənin Milli Neft Agentliyi məlumat yayıb.

Atlantik okeanının dərin sularında yerləşən yataqlar yenidən Braziliyanın ümumi hasilatının 76.1 faizini təşkil edib.

Buna baxmayaraq, 2023-cü ilin noyabrında rekord göstərici gündə 4.7 milyon barelə çatdıqdan sonra, fevral ayı Braziliyada neft və qaz hasilatında azalmanın baş verdiyi ardıcıl üçüncü ay olub.

Cənubi Amerika ölkəsi olan Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. Bununla belə, ölkə hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək niyyətində deyil. O, gündə orta hesabla 3.5 milyon bareldən çox neft hasil edir.

“Petrobras” dövlət şirkəti özünü ən böyük operator kimi bu dəfə də doğruldub: fevral ayında Braziliyada bütün neft və təbii qazın 88.69 faizini istehsal edib. Məlumatlar, Braziliyanın Birləşmiş Ərəb Əmirlikləri (3.4 milyon) və Küveyt (2.7 milyon) kimi böyük neft istehsalçısı olan ölkələri qabaqlayaraq, dünyanın səkkizinci ən böyük neft istehsalçısı olduğunu təsdiqləyir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər