26 C
Baku
Saturday, April 27, 2024

Braziliyanın keçmiş prezidenti Bolsonaronun 2030-cu ilə qədər namizədliyi qadağan edilib

Braziliyanın Ali Seçki Komissiyasının hakimləri keçmiş prezident Jair Bolsonaronun 2030-cu ilə qədər dövlət vəzifəsində işləmək hüququndan məhrum edilməsinə səs verib.

Yeddi hakimdən beşi qərarın lehinə səs verib. Onlar Bolsonaronu rəqibi Lula de Silvanın qalib gəldiyi son seçkilər zamanı və ondan sonra səlahiyyətlərindən sui-istifadə etməkdə və yalan məlumatlar yaymaqda ittiham ediblər.

Bolsonaronun dövlət vəzifəsinə namizədliyinin qadağan olunması onun ötən iyul ayında, seçkilərin birinci turuna 11 həftə qalmış xarici səfirləri rəsmi iqamətgahına çağırmaq barədə mübahisəli qərarına əsaslanıb. Belə ki, keçmiş prezident Braziliyada elektron səsvermə sisteminə qarşı əsassız iddialar irəli sürüb.

Bundan əlavə, polis yanvarın 8-də Bolsonaronun tərəfdarlarının ölkə parlamentinə soxulmaları zamanı baş vermiş iğtişaşları araşdırmağa davam edir. O, həmçinin koronavirus peyvəndi sertifikatlarını saxtalaşdırmaq və Səudiyyə hökuməti tərəfindən bağışlanan zinət əşyalarını ələ keçirməyə cəhddə ittiham olunur.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Braziliyada prezident seçkiləri keçirilib, Bolsonaronun rəqibi de Silva onu 1,7% üstələyərək qalib gəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər