Vəzifəsinə başlayan Braziliya prezidenti Luis İnasio Lula Da Silva silah gəzdirmə qaydalarını sərtləşdirən və sosial müavinətləri artıran qanunları təsdiqləyib.
Xüsusilə sosial yardım 75 dollardan 115 dollara qaldırılıb. Da Silva federal yanacaq vergisindən azad olma müddətini də uzadıb.
Bundan əlavə, Braziliya prezidentinin ilk sərəncamlarından biri də silah gəzdirmə qaydalarının və qanunsuz ağac kəsmə ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi olub.