Dünya bazarlarında neftin qiyməti bir qədər azalıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.37$ , yəni, 0,69% azalaraq 53.43 $-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.53$, yəni, 0.84% ucuzlaşaraq 62.21$-a təklif olunub.