“Çox güman ki, Rusiya Kramatorsk və Severodonetsk şəhərlərini ələ keçirmək üçün İzyumdan kənara çıxmaq istəyəcək”.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
“Həmin ərazilərin tutulması Rusiyanın Donbasın şimal-şərqindəki hərbi nəzarətini gücləndirmək üçündür. Rusiya İzyum yaxınlığında 22 tabor taktiki qrupu yerləşdirib. Bu, Rusiyanın Donbasın şimal istiqaməti boyunca irəliləməsi məqsədi daşıyır”, – nazirlikdən qeyd olunub.