12 C
Baku
Wednesday, December 11, 2024

Britaniya “omikron”a qarşı peyvəndi təsdiqləyən ilk ölkə olub

Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyinin (MHRA) saytındakı mesaja görə, Birləşmiş Krallıq dünyada koronavirusun iki ştamına – orijinal və “omikron”a qarşı peyvəndi təsdiqləyən ilk ölkə olub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Bildirilir ki, peyvəndi “Moderna” şirkəti hazırlayıb. MHRA dərmanın təhlükəsizlik, keyfiyyət və effektivlik baxımından Böyük Britaniya standartlarına cavab verdiyini müəyyən edib. Preparatın bir dozasının yarısı (25 mikroqram) orijinal virusa, digər yarısı isə “omikron” ştamını hədəf alır.

“Financial Times”ın vurğuladığı kimi, Böyük Britaniya revaksinasiya proqramını 50 yaşdan yuxarı və ağır COVID-19 riski yüksək olan insanlara yönəltməyi planlaşdırır. Maraqlıdır ki, “Pfizer” və “BioNTech” peyvəndləri də 2020-ci ildə ilk olaraq Böyük Britaniyada təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər