10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya Ukraynaya daha 2.3 milyardlıq hərbi yardım göstərəcək

Böyük Britaniya 2023-cü ildə Ukraynaya 2.3 milyard funt-sterlinq (2.63 milyard dollar) məbləğində hərbi yardım ayırmaq niyyətindədir.

Məlumatı “Financial Times” yayıb.

Qeyd olunub ki, Britaniyanın Baş naziri Liz Tras bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyasında qarşıdan gələn il Ukraynaya ediləcək yardımı açıqlayacaq.

Xatırladılıb ki, sentyabrın əvvəlində Liz Tras Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Londonun uzun perspektivdə Kiyevə dəstək verəcəyini vurğulayıb. Krallığın keçmiş Baş naziri Boris Conson isə ölkəsinin Ukraynaya əlavə olaraq 1 milyard funt-sterlinq (1.2 milyard dollar) ayıracağını deyib.

Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Ukraynaya ümumilikdə 3.8 milyard funt-sterlinq (4.6 milyard dollar) məbləğində yardım edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər