10 C
Baku
Friday, December 13, 2024

Britaniya və Kanada Baş nazirləri Zelenski ilə danışıb

Böyük Britaniya Baş naziri Rişi Sunak və Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıblar.

Bu barədə Downing Street sözçüsü deyib.

“Hər iki lider dünən Polşaya düşən raketlərin arxasındakı vəziyyətin tam araşdırılmasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, istintaqın nəticəsi nə olursa-olsun, Putinin Ukraynaya müdaxiləsi davam edən zorakılıqların səbəbidir”, – açıqlamada bildirilib.

Rişi Sunak və Castin Trüdo Vladimir Putinin Ukraynanı işğalını pisləyiblər və bütün zorakılıqların səbəbinin bu hücumla başladığını qeyd ediblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər