9 C
Baku
Friday, December 13, 2024

“Britaniya xarici yardım xərclərini dondura bilər”

Böyük Britaniya tərəfindən gələcək illər üçün beynəlxalq yardım minimuma endirilə və ÜDM-in 0,5 %-i həcmində sabitlənə bilər.

Bu barədə “The Telegraph” nəşri yazıb.

Bildirilib ki, belə bir qərar Britaniya büdcəsinə hər il 4 milyard funt sterlinq (təxminən 4,52 milyard dollar) qənaət etməyə imkan verəcək.

Məlumata görə, belə olan halda ümumi xərclər 2024-2025-ci illərdən sonra azalmalıdır. Həmçinin Britaniya rəhbərliyi xarici yardım xərclərinin azaldılmasını 2024-2025-ci illərdən 2027-2028-ci ilə qədər inflyasiya səviyyəsinə bağlamaq variantını nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər