1 C
Baku
Saturday, December 14, 2024

Britaniyada inflyasiya düşmür – İngiltərə Bankı faiz artımını davam etdirə bilər

Böyük Britaniyada belə görünür qiymətlər düşmək niyyətində deyil. Son rəqəmlərə görə, 2023-cü ilin may ayında illik inflyasiya 8.7%-də dəyişməz qaldı.

Banker.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Gözlənti isə indiki monetar şəraitin sərtləşdirilməsi ilə mayın inflyasiyasının 8.4%-ə qədər enməsi gözlənilirdi. Bu isə B.Britaniyada qiymətlərin növbəti aylarda da səngimək əvəzinə artmasına işarədir.

Hərəkətin olmaması İngiltərə Bankının yaşayış böhranına son qoymaq cəhdində faiz dərəcələrini bu 21-ci əsrdə görülməmiş səviyyələrə qaldıracağı anlamına gələ bilər.

Hazırda İngiltərənin mərkəzi bankı uçot faiz dərəcəsi 4.50%-dir və gözlənilir ki, 2023-cü ilin 22 iyul iclasında faizləri 25 baza bəndi artımla 4.75%-ə qaldırcaqlar.

Ölkədə inflyasiya mərkəzi bankın hədəfindən 2021-ci ilin üçüncü rübündən nəzarətdən çıxıb. Bunun nəticəsi olaraq requlyator faiz artımı rallisinə digər həmkarlarından daha tez başladı. 2021-ci ilin dekabrında 0.10%-dən 2023-cü ilin mayına qədər 4.50%-ə qaldırıb.

Bu xəbərin ardından ingilis funt-sterlinqi ABŞ dollarına qarşı 0.2% bahalaşaraq 1.2786 səviyyəsinə qədər bahalaşdı. Hazırkı məzənnə son 14 ayın maksimum səviyyəsidir. 2022-ci ilin sentyabrında isə GBP/USD 1.04 səviyyəsinə qədər ucuzlaşmışdı.

Son xəbərlər
Digər xəbərlər