15 C
Baku
Saturday, April 20, 2024

Britaniyada inflyasiya son on ilin maksimumuna çatıb

Böyük Britaniyanın Milli Statistika Bürosunun (OFS) məlumatına görə, oktyabrda ölkədə istehlak qiymətləri indeksi (CPI) illik ifadədə 4.2% artıb.

Banker.az xəbər verir ki, bu, 2011-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Ölkədə inflyasiya bu ilin mart ayından bəzi koronavirus məhdudiyyətlərinin aradan qaldırılması, istehlak tələbinin bərpası və bir sıra əmtəə mallarının qıtlığına səbəb olan təklif problemləri fonunda yüksəlməyə başlayıb.

İlin sonunda İngiltərə Bankı inflyasiyanın 2% – hazırkından daha aşağı səviyyədə olacağını gözləyib. Bundan əvvəl Mərkəzi Bankın rəhbərliyi inflyasiyanın qarşısını almaq üçün faiz dərəcəsini artıracağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər