-3 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın banklar üçün bulud həlləri tərtibatçısı “təkbuynuzlu”ya çevrilib

Böyük Britaniyanın “Thought Machine” fintex-startapı yeni maliyyələşdirmə mərhələsində 200 milyon dollar cəlb edərək “təkbuynuzluya” çevrilib.

Banker.az xəbər verir ki, hazırda startapın dəyəri 1 milyard dolları keçib.

İnvestisiya raunduna rus sahibkar Nikolay Storonski tərəfindən təsis edilmiş, Böyük Britaniyanın “Revolut” startapına sərmayə qoymuş Amerikanın “Nyca Partners” şirkəti rəhbərlik edib. Raund zamanı investorlar “Lloyds Banking Group”, “Eurazeo” və “SEB Thought Machine”dəki paylarını artırıblar.

“Google”un keçmiş mühəndisi Pol Teylor tərəfindən 2014-cü ildə yaradılan şirkət qeyd edir ki, onun proqram təminatı iri banklara köhnə İT infrastrukturundan müasir bulud platformasına keçməyə kömək edir. Onun müştəriləri arasında “JPMorgan Chase” və “Lloyds” kimi banklar var.

Son xəbərlər
Digər xəbərlər