2 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın müdafiə büdcəsində $21.4 mlrd.-lıq kəsir aşkarlanıb

Milli Audit İdarəsi Böyük Britaniyanın müdafiə büdcəsində 16.9 milyard funt sterlinq (21.4 milyard dollar) boşluq aşkarlayıb ki, bu da ilk növbədə yenidən silahlanma proqramları üzrə xərclərin artması ilə əlaqəlidir.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi 2023-2033-cü illər üçün yenidən silahlanma üzrə proqnozlaşdırılan xərclərin cari büdcəni 16.9 milyard funt sterlinq üstələdiyini etiraf edib. Audit İdarəsindən verilən məlumata görə, iddialı xərcləri resurslarını üstələdiyi üçün hərbi qurum böyük maliyyə çatışmazlığı ilə üzləşib.

Müdafiə Nazirliyinin planlaşdırılan büdcəsi 288.6 funt-sterlinq (təqribən 366 milyard dollar) olduğu halda, xərclərin 305.5 milyard funt sterlinqə (387.4 milyard dollar) çatacağı proqnozlaşdırılır. Əlavə xərclərin əsas hissəsi Hərbi Dəniz Donanmasının modernləşdirilməsi proqramlarının həyata keçirilməsi, nüvə silahlarının çatdırılması üçün vasitələr və nüvə başlıqlarının təkmilləşdirilməsi ilə bağlıdır.

Bir müddət öncə Böyük Britaniya Parlamentinin büdcə nəzarəti komitəsi avadanlıq, sursat və personal çatışmazlığı səbəbindən Silahlı Qüvvələrin NATO qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcəyini açıqlayıb.

Hazırda Böyük Britaniya ordusunda təxminən 76 min nəfər xidmət edir ki, bu da XIX əsrin əvvəlindən bəri ən aşağı göstəricidir. 1990-cı ildə Britaniya Quru Qoşunlarında hərbçilərin sayı bundan iki dəfə çox olub. Hakimiyyət orqanlarının planlarına görə, yaxın illərdə orduda xidmət edənlərin sayı 72.5 min nəfərə qədər azaldılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər