9 C
Baku
Friday, December 13, 2024

“BTB Kapital”ın dövriyyəsi xeyli geriləyib, bazarda mövqe itirməkdədir

“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin 2022-ci ilin ilk 5 ayı üzrə göstəricilərə əsasən dövriyyəsi kəskin azalmaqla öncəki ildəki mövqeyindən xeyli aşağı düşüb.

Bu barədə Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir.

Yanvar-may ayları ərzində “BTB Kapital”ın 395.73 milyon manat olub. Bu da öncəki ilin eyni dövründən 64% aşağıdır.

Azalma daha kəskin şəkildə onun repo əməliyyatlarında müşahidə edilib. Bu əməliyyatların həcmi illik müqayisədə 344.02 mln. manat, yaxud  87% azalaraq  395.11 milyon manat olub.

Bununla belə, “BTB bütün istiqamətlərdə zəifləyib.

Məsələn, dövlət istiqrazlarına isə öncəki il kimi anderraytinq  edə bilmir. Dövriyyənin həcmi 84% azalaraq 53.71 mln. manata enib. Mərkəzi Bankın notları üzrə onun dövriyyəsi 11% azalaraq 258.27 mln. manata düşüb.

Beləliklə, o öncəki ilin ilk 5 vayında ilk üçlikdə dövriyyəsinə görə yer aldığı halda, cari ildə 6-cı yerə enib. Ondan sonra yaranan iki investisiya şirkəti “ABB-İnvest İ.Ş” QSC və “CPM-İnvest İ.Ş.” QSC ilk üçlüyə çıxıblar.

mln. manat
 Qiymətli kağızın növünə görə  2021-ci ilin ilk 5 ayı  2022-ci ilin ilk 5 ayı İllik dəyişmə
ARMB qiymətli kağızları                                                            289.61                                                              258.27 -11%
Dövlət istiqrazları (Maliyyə Nazirliyi)                                                            328.04                                                                53.71 -84%
Korporativ istiqrazlar                                                              92.86                                                                32.67 -65%
Səhm                                                                0.08
Repo                                                            395.11                                                                51.08 -87%
Cəmi                                                        1,105.70                                                              395.73 -64%

 

Son xəbərlər
Digər xəbərlər