6 C
Baku
Saturday, December 14, 2024

“BTC Co” boru kəməri şirkəti SOCAR-a 256 milyon dividend verib

Kayman adalarında qeydiyyatda olan asılı müəssisə Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) 2021-ci ildə xalis mənfəət əldə edib və Azərbaycandan olan səhmdarı Dövlət Neft Şirkətinə dividend ödəyib.

Banker.az bu barədə əldə etdiyi hesabata istinadla xəbər verir.

Belə ki, “BTC Co” ötən il ərzində 1 milyard 138 milyon manat (ekvivalentlə hesablanır) həcmində gəlir əldə etməklə, 2020-ci ildən 0.8% azdır.

Onun satışlarının maya dəyəri 466 mln. manat olmaqla (2020: 763 mln. manat), ümumi inzibati xərcləri 433 mln. manat (olmayıb bu növ xərc) edib. Şirkətin xalis mənfəəti 138 milyon manat təşkil edib. Bu öncəki ildə 362 milyon manat idi.

2020-ci ildə 49 milyon manatlıq səhmdarı SOCAR-a dividend ödədiyi halda, bu il bunu 256 milyon manata çatdırıb.

Asılı müəssisə SOCAR-ın əhəmiyyətli dərəcədə təsirinin olduğu müəssisədir. Əhəmiyyətli dərəcədə təsir investisiya obyektinin maliyyə siyasəti və əməliyyat prinsiplərinə dair qərarların qəbul edilməsində iştirak hüququ deməkdir, lakin həmin prinsiplər üzrə nəzarət və ya birgə nəzarəti nəzərdə tutmur.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatoru nefti Azərbaycandan bu xətt vasitəsi ilə nəql edir və SOCAR-ın bu şirkətin səhmlərinin ¼-ə nəzarət edir.

 

Son xəbərlər
Digər xəbərlər