2018-ci ilin I yarısı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənib.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
– APA