7 C
Baku
Thursday, December 12, 2024

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artır

Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 125 634 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 8.8% çoxdur.

Ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 115 438 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2.8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər