1 C
Baku
Saturday, December 14, 2024

BTC ilə Türkiyədən nəql edilən neftin həcmi 12%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 185 128 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.2% çoxdur.

Ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 164 958 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2.8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər