15 C
Baku
Friday, April 26, 2024

BTC istismara veriləndən 524 mln. tondan çox neft nəql edilib

2022-ci ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 74 milyon dollar, əsaslı xərclərə isə 17 milyon dollar vəsait yönəldilib.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci üç rübünün yekunlarına dair dərc etdiyi hesabata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabata əsasən, ilk doqquz ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 224 tankerə yüklənilib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Çünəşli” dayağlar blokunun neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Mənbəapa.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər