17 C
Baku
Friday, May 3, 2024

BTC vasitəsilə Türkiyə ərazisilə nəql edilən neftin həcmi 8% artıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 54 810 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 7.94% çoxdur.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 50 778 min barel neft nəql edilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər