25 C
Baku
Monday, April 29, 2024

BTQ ilə indiyədək 2.4 mln. tondan çox yük daşınıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu günə kimi 2 milyon 405 min ton yük daşınıb.

Bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə Londondan yola düşən bir dəmir yolu yükü Pekinə qədər çata biləcək hala gəlib, dəmir yolu qitələrarası baxımdan fasiləsiz olub.

Covid-19 pandemiyası zamanı BTQ-nın yük daşımalarında mühüm rol oynadığını ifadə edən Əhməd Arslan, quru nəqliyyat vasitələrinin sərhəd keçidlərində problem yaşandığı dövrlərdə dəmir yolu ilə fasiləsiz daşımaların həyata keçirildiyini bildirib.

“30 oktyabr 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ümumilikdə 2 milyon 405 min ton yük daşınıb”, – nazir qeyd edib.

O, əlavə edib ki, təkcə bu dəmir yolu xətti ilə 2022-ci ildə 691 min ton yük daşınıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər