18 C
Baku
Saturday, May 4, 2024

“Bu ay BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”

Bu ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 minton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşdə deyib.

“Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ölkələrimiz arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə Hökumətlərarası Komissiya vasitəsilə töhfələrimizi və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər