Bu banklar “Sberbank” ilə dollar əməliyyatlarını dayandırdı

Yaponiyanın ən iri bankları – “Mitsubishi UFJ”, “Sumitomo Mitsui” və “Mizuho” bu gündən etibarən Rusiya “Sberbank”ı ilə dollar əməliyyatları aparmır.

Buna ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəb olub.

Buna qədər Yaponiya maliyyə institutları tərəfindən dollarla maliyyə əməliyyatları ABŞ-ın müxbir bankları vasitəsilə həyata keçirilirdi. Yaponiyanın digər banklarının da oxşar qərarlar verəcəyi gözlənilir.

ABŞ “Sberbank”ı CAPTA (The Correspondent Account of Payable-Through Account Sanctions List) siyahısına daxil edib. Nəticə etibarilə Amerika banklarına martın 26-dan onun müxbir hesablarını bloklamaq əmri verilib. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi icazəsi olmadan ABŞ-ın maliyyə institutları “Sberbank” və onun törəmə şirkətlərinin müxbir hesablarını aça və onlara xidmət göstərə, habelə onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər