6 C
Baku
Sunday, December 15, 2024

Bu gün Azərbaycanda türkdilli ölkələrin biznes forumu keçirilir

Sabah Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

Report agentliyi xəbər verir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Belə ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Qazaxıstanın baş nazirinin müavini Berdibek Saparbayev, Qırğızıstanın iqtisadiyyat naziri Sancar Mukanbetov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan “Müxtəlif iqtisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi” mövzusunda Anlaşma Memarandumuna imza atacaqlar. Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memarandumu imzalayacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32% çox olub. 

Son xəbərlər
Digər xəbərlər