13 C
Baku
Sunday, April 14, 2024

Bu gün Türkiyədə taxıl böhranı müzakirə olunacaq

Bu gün İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə taxıl ixracı ilə bağlı vəziyyət müzakirəsi olunacaq.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukraynanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti danışıqlar aparacaq”.

BMT dəfələrlə taxıl çatışmazlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib, Qərb və Kiyev hakimiyyəti Rusiyanı Qara dəniz limanlarını bağlamaqda günahlandırıb. Moskva bunu qəti şəkildə rədd edib və Kiyevin özünün ixrac üçün çoxlu maneələr yaratdığını bildirib.

Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Moskva Ukraynadan taxıl ixracına mane olmur və əgər Ukrayna limanları minalardan azad edərsə, taxıl daşıyan gəmilər oradan problemsiz çıxa biləcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər