6 C
Baku
Sunday, December 15, 2024

Bu gündən avqustun 17-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər