11 C
Baku
Saturday, May 11, 2024

Bu gündən etibarən Bakıda mənşə sertifikatları yeni ünvanda veriləcək

Yanvarın 10-dan etibarən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatın Bakı şəhəri üzrə verilməsi KOBİA-nın strukturuna daxil olan “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində “Elektron xidmətlər” bölməsi vasitəsilə mənşə sertifikatı üçün müraciət etmiş sahibkarlar da “Bakı KOB evi”nə gəlməklə onlayn qaydada sifariş etdikləri sertifikatı təhvil ala bilərlər.

Qeyd edək ki, yeni istifaəyə verilmiş KOB evi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllədə yerləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər