16 C
Baku
Monday, April 29, 2024

Bu gündən iki rayonda qaz kəsiləcək

“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz”, “Allahyarlı” və “Əhmədbəyli” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər