13 C
Baku
Friday, May 17, 2024

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müraciətçilər “portal.edu.az” saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

“Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər”, – məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər