9 C
Baku
Friday, December 13, 2024

Bu il Azərbaycan xaricdən 1 ton buğdanı 62 dollar daha ucuz alıb

2023-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 210 ton buğda idxal olunub. 2022-ci ilin ilk 6 ayında Azərbaycana 142 milyon 966 min dollar dəyərində 400 749 ton buğda idxal edilmişdi.

Banker.az Dövlət Gömrük Komitəsinə istindən xəbər verir ki, bu il buğda idxalı dəyər ifadəsində 1.8%, miqdar ifadəsində 23% artıb.

2023-cü ilin ilk 6 ayı ərzində idxal olunan 1 ton buğdanın orta statistik dəyəri 295 dollar təşkil edib. Ötən ilin eyni dövründə idxal olunan 1 ton buğdanın orta hesabla statistik dəyəri 357 dollar təşkil etmişdi. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 62 dollar daha ucuz idxal olunub.

Son xəbərlər
Digər xəbərlər